209 baxış
Bu yazını paylaşın
İctimai

“Viktoriya” “Qarabağ”la oyundan öncə müdafiə xəttini gücləndirib

11 Avqust 2022

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

“TELEJURNAL.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi yerli “Siqma” kollektivindən Vatslav Yemelkanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Viktoriya”nın direktoru Adolf Şadek Çexiya millisinin də formasını geyinən təcrübəli futbolçunun dərhal komandaya qoşulduğunu və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edə biləcəyini söyləyib.

Qeyd edək ki, “Qarabağ” və “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…