26 baxış
Bu yazını paylaşın
Dünya

Viktor Orban: Amerika zəiflənmir, Çin daha da güclü olur, Avropa isə əziyyət çəkir.

25 İyul 2022

Macarıstanın Baş naziri Viktor Orbanın fikrincə, avronun dollara nisbətən zəifləməsinin səbəbi Ukraynada müharibə ilə əlaqədar Avropada enerji daşıyıcılarının bahalaşmasıdır.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən xəbər verir ki, V.Orban Nazirlər Kabinetinin müşavirəsində çıxış edib. O bildirib ki, enerji daşıyıcılarının qiymətinin artması Avropanı və onun valyutası olan avronu zəiflədir.

Orban deyib: “Ukraynada baş verən hadisələrdən ən çox ziyan çəkən Avropa olub. Amerika zəifləmir, Çin daha da güclü olur, Avropa isə əziyyət çəkir. Avropaya sülh lazımdır. Ukraynada gedən müharibə və sanksiyalar Avropada enerji daşıyıcılarının dünyanın hər hansı başqa yeri ilə müqayisədə daha çox bahalaşmasına səbəb olub. Bu səbəbdən artıq bir neçə gündür ki, avro dollarla müqayisədə zəifləyir”.

Baş nazir daha sonra əlavə edib ki, vəziyyət tədricən dəyişir: enerji daşıyıcılarının qiyməti məsələsi ümumiyyətlə enerjinin, qazın və ya neftin olub-olmayacağı məsələsinə çevrilir.

Macarıstan hökumətinin başçısı əminliklə bildirib ki, ölkənin enerji təchizatı etibarlı, iqtisadiyyatın artımı sabitdir.

V.Orban təsdiq edib ki, onun hökumət kabineti macar ailələrinin bütün vasitələrlə təmin olunmasına çalışacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…