332 baxış
Bu yazını paylaşın
İqtisadi

Veysəloğlu Şirkətlər Qrupu 2021-ci il üzrə qiymət indeksini açıqlayıb

18 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu ən yüksək alıcı tələbatı olan məhsulların 2021-ci il üzrə qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, məhsulların qiymətində 2020-ci ilin yanvar-dekabr aylarına nisbətən 2021-ci ilin yanvar-dekabr aylarında orta hesabla 6,3 faiz artım müşahidə olunub.

Hesabatda il ərzində Veysəloğlu Pərakəndə İndeksinin alt kateqoriyalarında qiymət dəyişikliyini, məhsul kateqoriyalarının orta illik qiymət dəyişikliyini və ən çox alınan məhsullarda orta aylıq qiymət dəyişikliyini qrafik və cədvəllərdə aydın şəkildə görmək mümkündür.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün dəbdə olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafına xidmət edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…