30 baxış
Bu yazını paylaşın
İdman

Veteran cüdoçularımız Avropa çempionatını 11 medalla başa vurdular

11 İyun 2023

Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, 8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Vasif İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev və +100 kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.

İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-ci yerdə başa vurub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…