53 baxış
Bu yazını paylaşın
Maraqlı

Vətənin igid qızı Salatın Əsgərova

11 May 2023

Telejurnal Salatın Əsgərova haqqında araşdırmanı təqdim edir.

Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.  İlkin təhsilini Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi almışdır. 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

1988-1989-cu illərdə Qarabağda baş verən və azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır.1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi işləməyə başlayıb.Salatın Əsgərova Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi onun döyüş bölgəsinə getməsndən narahat olasalar da ona mane ola bilmirdilər. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından  xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi əldə etməyi bacara bilmişdir.O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. O, evdən hərbi forma geyinib çıxmışdır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Ermənilər Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edən Larinovun başına 10 min rubulluq mükafat vəd etmişdilər.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qeyrətli və cəsarətli vətən qızı Salatın Əsgərovadan  geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları qaldı.Eyni zamanda onu da çatdıraq ki,Salatın Əsgərovanın qatillərinin tutulmasında İsrafil Şahverdiyevin böyük rolu olmuşdur.

Fatimə Zeynalova.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…