25 baxış
Bu yazını paylaşın
İctimai

Vətən müharibəsi qazisi: “Ermənilərin təxribatları onlara baha başa gəlib, şəhidlərimizin qisası alınıb”

16 Sentyabr 2022

“Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlara Ordumuz tərəfindən layiqli cavab verilib. Azərbaycan Ordusunun layiqli cavabı onlara baha başa gəlib”.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu fikirləri Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin üzvü Bəhram Əhmədov deyib.

Onun sözlərinə görə, sentyabrın 12-14-ü tarixlərində davam edən erməni təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib:

“Onların təxribatlara əl atması hər zaman gözlənilir. Ancaq buna baxmayaraq Azərbaycan Ordusu hər zaman düşmənin təxribatlarının qarşısını almağa, istənilən tapşırığı yerinə yetirməyə daim hazırdır. Onlar bu dəfə də təxribata əl atmaqla məqsədlərinə nail ola bilmədilər. Azərbaycan Ordusunun gücünün və şücaətinin növbəti dəfə şahidi oldular. Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid oldu. Mən onlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Hesab edirəm ki, şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı”.

O, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və dövlətin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi diqqət, qayğıdan da danışıb:

“Bu gün Prezident, Ali Baş Komandanın bizə olan diqqət və qayğısı göz qabağındadır. Onun hərbçilərlə görüşməsi, tez-tez bizim sıralarımızda olması bizə əlavə güc verir. Ölkəmizdə şəhid ailələri, qazilərlə bağlı bir sıra işlər görülür, onların problemlərinə həssaslıqla yanaşılır və həll olunur. Bunların hamısı isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısından irəli gəlir”.

Vətən müharibəsi qazisinin sözlərinə görə, artıq ermənilər bilməli, etdikləri təxribatların onlara həmişə baha başa gəldiyini dərk etməlidirlər: “Ermənilər bilsinlər ki, növbəti təxribatlara əl atsalar, daha da acınacaqlı vəziyyətə düşəcəklər. Unutmasınlar ki, Ali Baş Komandanın dediyi kimi, “dəmir yumruq” yerindədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…