38 baxış
Bu yazını paylaşın
İqtisadi

Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

24 Dekabr 2021

Milli Məclisin dekabrın 24-də keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, qanun layihəsində idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilməsi, idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Sənədə əsasən, idman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir. Həmçinin idman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

https://azertag.az/xeber/Vergi_Mecellesine_deyisiklikler_edilecek-1960650

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…