89 baxış
Bu yazını paylaşın
İqtisadi

Vergi Məcəlləsində vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı yenilik edilib

17 Yanvar 2022
  • Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergiödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı yenilik edilib.
    “TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,  yeniliklərin əsas məqamlarını İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı – ekspert Cavid Vəlizadə açıqlayıb.
    O, bildirib ki, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergiödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında bəzi məlumatlar göstərilməlidir.
    Sözügedən məlumatlara elektron qaimə-fakturanın seriya və nömrəsi, tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə – yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi, borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, eləcə də avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi daxildir.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…