156 baxış
Bu yazını paylaşın
İqtisadi

Vergi məcəllələrinə təklif edilən dəyişikliklər müzakirə olunub

07 Dekabr 2021

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

‘TELEJURNAL’ İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, onlayn formatda keçirilən iclasda İşçi Qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, o cümlədən Mülki, Mülki Prosessual və Vergi məcəllələrinə təklif edilən dəyişikliklər və digər məsələlər, qarşıda duran mühüm vəzifələr müzakirə olunub. Bununla yanaşı, İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinə daxil edilməsi təklif olunan bir sıra məsələlər, eləcə də şirkətlərdə elektron sənəd dövriyyəsinin təşkili, elektron imzadan istifadə, səhmdarların birjadankənar əməliyyatlarının, alqı-satqı əqdlərinin notarial qaydada rəsmiləşdirilməsi zamanı qarşılaşdıqları problemlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə yanaşı, özəl sektorun, o cümlədən “Deloitte & Touche”, “PwC Azerbaijan” şirkətlərinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

https://azertag.az/xeber/Vergi_mecellelerine_teklif_edilen_deyisiklikler_muzakire_olunub-1944818

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…