78 baxış
Bu yazını paylaşın
Maraqlı

Venera-Günəş sisteminin ən isti planeti.

22 May 2023

Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Bunun səbəbi onların oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığının olmasıdır. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir.

Venera Günəş sisteminin ən isti planetidir. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür. Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.

Veneranın kütləsi Yerin kütləsinin 81,5%-ni təşkil edir. Onun təbii şəraiti Yerlə müqayisədə olduqca radikal təsir bağışlayır. Sıx olan atmosferinin 96,5%-ni karbon dioksid, 3,5%-ni isə azot təşkil edir.

Veneranın atmosferi Yerə nisbətən daha sıxdır və karbon qazından ibarətdir və qalın kükürd turşusu buludları ilə örtülüb. Veneranın səthində atmosfer təzyiqi Yerə nisbətən 92 dəfə çoxdur. Bu planet öz oxu ətrafında bütün digər planetlərdən fərqli olaraq qərbdən şərqə yox, şərqdən qərbə doğru fırlanır. Günəş ətrafında tam dövr etməsi 224,7 Yer sutkası müddətində baş verir və orta orbital sürəti saniyədə 35 kilometr təşkil edir.

 

Eyyubova Nərminə 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…