24 baxış
Bu yazını paylaşın
Siyasi

Valeriy Kolyux: 30 il ərzində müstəqil Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb

05 Fevral 2022

Otuz il ərzində müstəqil Ukrayna ilə Azərbaycan arasında münasibətlər nəinki hərtərəfli inkişaf edib, möhkəmlənib, həm də çox yüksək strateji tərəfdaşlıq və yaxın dostluq səviyyəsinə çatıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi barədə danışarkən söyləyib.
Deputat vurğulayıb ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyi kimi, Azərbaycan da sərhədlərimizin toxunulmazlığı məsələsində Ukraynanın yanında olub.
“Beynəlxalq arenada biz həmişə vahid cəbhədə yürümüşük. Ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək. Çünki bizim ümumi maraqlarımız var, onların həyata keçirilməsi birgə səylər tələb edir”, – deyə Kolyux əlavə edib.
Deputat qeyd edib ki, Kiyev və Bakı otuzillik əməkdaşlıq dövründə Ukrayna və Azərbaycan xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl olub. Təkcə son bir-iki ildə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə – kənd təsərrüfatı, energetika, ticarət, infrastruktur, texniki əməkdaşlıq sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən çox sayda saziş və memorandum imzalanıb.
2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub ki, bu da 2014-cü ildən bəri ən yüksək göstəricidir. Ölkələrimiz 2024-cü ilə qədər ticarət dövriyyəsini iki dəfə artırmağı hədəfləyir, bunun üçün bütün siyasi və iqtisadi şərait yaradılır.
Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər 1992-ci il fevralın 6-da qurulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…