377 baxış
Bu yazını paylaşın
Siyasi

“Vaksin sertifikatımızın QR kodu Avropada oxunmur”

17 Dekabr 2021

İqtisadçı deputat Vüqar Bayramov Azərbaycanda verilən peyvənd sertifikatının hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmaması problemindən yazıb.

‘TELEJURNAL’ “Qafqazinfo”-a istinadən xəbər verir ki, V. Bayramov sosial şəbəkə paylaşımında qeyd edib ki, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirə layiqdir:

“Bununla yanaşı, peyvənd sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Belə ki, Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınılmır və oxunmur.

Bu isə peyvənd sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənəddə olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər.

Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sistemin inteqrasiyasına ehtiyac var”.

Deputat qeyd edib ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur:

“Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukraniya elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…