29 baxış
Bu yazını paylaşın
İctimai

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət əlavə edilib

12 Sentyabr 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına daha 2 yeni xidmət inteqrasiya olunub.

“TELEJURNAL.AZ” nazirliyə istinadən xəbər verir ki, bununla da, portalda təqdim edilən xidmətlərin sayı 17-yə çatdırılıb.

Sonuncu inteqrasiya nəticəsində “Aztelekom” MMC-nin “İdarələr üzrə ətraflı məlumat” və “Klassifikator üzrə idarələrin axtarışı” xidmətləri portala əlavə edilib.

“Klassifikator üzrə idarələrin axtarışı” xidmətindən faydalanarkən qurumun aid olduğu kateqoriyanı seçdikdən sonra müvafiq təşkilatlar istifadəçiyə təqdim edilir. Daha sonra həmin siyahıdan idarənin adının üzərinə klik edərək seçilən qurumun adı, əlaqə nömrəsi, ünvanı, bank hesab kodu və VÖEN-i barədə informasiya əldə etmək olar.

“İdarələr üzrə ətraflı məlumat” bölməsində isə stasionar telefon nömrəsi və ya VÖEN daxil edərək həmin məlumatın aid olduğu idarənin tam adını, əlaqə nömrələrini və ünvanını öyrənmək mümkündür.

RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…