34 baxış
Bu yazını paylaşın
Dünya

ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 24 faiz azalıb

13 Aprel 2022

Ötən həftə dünyada COVID-19 infeksiyasına 7 milyondan çox yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı da 18 faiz azalaraq 22 min nəfər təşkil edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb.
“Aprelin 4-dən 10-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 24 faiz, ölənlərin sayı isə 18 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 7 milyon 221 min 651 yoluxma və 22 min 336 ölüm faktı barədə məlumat daxil olub”, – deyə sənəddə bildirilir. Həmçinin qeyd olunur ki, artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir.
Ötən həftə ÜST-nin altı regionunun hamısında yoluxma hallarında azalma müşahidə olunub. Bu, əsasən Avropada (26 faiz) özünü daha qabarıq göstərib. Həmçinin bütün regionlarda, xüsusən Afrikada (73 faiz) və Qərbi-Sakit Okean regionunda (21 faiz) ölüm hallarının sayında azalma müşahidə olunub.
Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında baş verib – 1 milyon 459 min 454 nəfər. Bu göstəriciyə görə Şimali Koreyanın ardından Almaniya (1 milyon 19 min 649 nəfər) və Fransa (927 min 73 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 3 min 682 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlüyə, həmçinin Koreya Respublikası (2 min 186 nəfər) və Rusiya (2 min 8 nəfər) daxildir.
Xatırladaq ki, ÜST 2020-ci ilin mart ayında COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa 501 milyon 188 min yoluxma halı qeydə alınıb, virus səbəbindən 6 milyon 209 min 741 nəfər həyatını itirib, 451 milyon 374 min nəfər isə sağalıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…