50 baxış
Bu yazını paylaşın
İctimai

Uşaqların enerji içkisi, tütün istehsalı və satışı işlərində çalışması qadağan edilir

06 Oktyabr 2020

Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.

“telejurnal” “APA”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu sıraya energetik içkilərintütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…