43 baxış
Bu yazını paylaşın
Maraqlı

Uşağın beynini necə inkişaf etdirək?-Araşdırma

19 İyun 2023

Beyni inkişaf etdirməyin müxtəlif yolları var. Müəxəssislərin fikrincə, yaxşı olar ki, valideynlər uşaqlarının beyninin inkişafına kiçik yaşlardan başlasınlar.

Telejurnal.az bildirir ki, uşağın beynini inkişaf etdirəcək 5 möhtəşəm üsul mövcuddur:

– Onu video-lentə alın, əvvəl səsini dinlədin, sonra həmin görüntünü izlədin. Övladınızın beyin inkişafında bu misilsizdir. Bu videolarda o özünü seyr edərək, harada səhv olduğunu tədricən sezə biləcək. Məsələn, şeir söyləyəndə – daha gözəl necə edə biləcəyini özü görə biləcək.

– Mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın. Mütaliənin beyin inkişafında gördüyü işlərin həcmi inanılmazdır. Övladınız düşüncələri oxuyaraq, düşünməyi öyrənər. “Xəyallar elmdən üstündür” deyən Eynşteynə qulaq asaraq, onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.

– Ondan hekayələr qurmasını istəyin. Övladınızın hekayələr danışması fərdi inkişaf baxımından əla fürsətdir. Ondan günün necə keçdiyini söruşun. Danışmaq beyni inkişafı etdirən ən əla üsuldur. Fkirlərini, duyğularını, istəklərini dilə gətirməkdə ürəkləndirilən uşaqların beyin inkişafı sürətlənir.

– Ondan danışdıqlarının rəsmlərini çəkməsini istəyin. Uşaq danışdıqlarını kağız üzərinə köçürəndə beynin bir çox nöqtəsini xəbərdar etmiş olur və bu da inkişafa dəstək verən yaradıcı bir amildir.

– Ona özünü sevmək və özünə hörmət etmək məsələsində daim dəstək olun. Özünü sevən və hörmət edən uşaqların beyin inkişafı çox sürətli olur. Onda uşağınız inandığı şeyləri etməkdə və anlamaqda hər zaman uğur qazanacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…