22 baxış
Bu yazını paylaşın
İctimai

UNICEF: Sudandakı qarşıdurmalarda 435 uşaq ölüb

25 İyul 2023

Sudanın ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlıları) arasında gedən döyüşlərdə azı 435 uşaq həlak olub, 2 000-dən çox uşaq isə yaralanıb.

TELEJURNAL  xəbər verir ki, bu barədə toqquşmaların 100-cü günündə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Fondun məlumatına görə, 14 milyona yaxın azyaşlının təcili humanitar yardıma ehtiyacı var.

Bundan əlavə, Fond Sudanda uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 2 500 hadisə barədə məlumat aldığını bildirib.

Sudan Səhiyyə Nazirliyinin son məlumatına görə, döyüşlər başlayandan indiyədək 3 mindən çox insan ölüb, azı 6 min nəfər yaralanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…