33 baxış
Bu yazını paylaşın
Dünya

UNICEF: Afrikanın Buynuz regionundakı quraqlıq 20 milyon insanın həyatını təhdid edir

13 Aprel 2022

Afrikanın Buynuz regionundakı quraqlıq 20 milyon insanın həyatını təhdid edir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,UNICEF-in Şərqi və Cənubi Afrika üzrə regional direktoru Mohamed M.Foll bu barədə xəbərdarlıq edərək vəziyyəti “bəşəriyyətin üzləşdiyi ən böyük humanitar böhranlardan biri” adlandırıb.
Qode şəhərindən (Somali) yenicə gəlmiş M.Foll çoxlu sayda məcburi köçkünlə bağlı son dərəcə çətin vəziyyətin şahidi olduğunu bildirib. UNICEF-in hesablamalarına görə, təkcə Efiopiyada quraqlıq səbəbindən humanitar yardıma ehtiyacı olan doqquz milyon insan, 1,7 milyon köçkün uşaq və qida axtarışında evlərini tərk etmək məcburiyyətində qaldıqları üçün təhsili yarımçıq qalan 500 mindən çox uşaq var. Bu rəqəmə Efiopiyanın Tiqray bölgəsində müharibə nəticəsində köçkün düşmüş insanlar daxil deyil.
UNICEF-in hesablamalarına görə, Somalidə 7,5, Keniyada isə dörd milyondan çox insan quraqlıqdan əziyyət çəkir. Ümumilikdə, həyatları kəskin ərzaq çatışmazlığı, eləcə də su çatışmazlığı ilə təhlükə altında olan 20 milyon insan var. Su (və ya mövcud suyun keyfiyyəti) və qida çatışmazlığından əlavə, quraqlıq qızılca, sarı qızdırma və vəba xəstəliyinə səbəb olur.
M.Follın fikrincə, Afrikanın Buynuz bölgəsində davam edən böhran ərzaq böhranından daha ciddidir, çünki bu, köçkünlük zamanı və ya ailələrindən ayrı düşmüş uşaqların istismarı, sui-istifadəsi və ya uşaq nikahlarının qurbanına çevrilməsi kimi digər problemləri daha da gücləndirir.
M.Foll bildirib ki, bu humanitar böhranın böyük vəsaitlər və beynəlxalq icmaların səfərbərliyi ilə aradan qaldırıla biləcəyindən əmindir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…