99 baxış
Bu yazını paylaşın
İqtisadi

“Unibank Kommersiya Bankı” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

27 Yanvar 2022

Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, 20 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bakı Fond Birjasının listinq qaydalarına əsasən, market meyker müqaviləsinin bağlanması nəticəsində bu qiymətli kağızlar BFB-nin premium bazar seqmentində listinqə alınır. Market meyker müqaviləsinə əsasən, qiymətli kağızların yüksək likvidliyi və sərbəst tədavülü təmin edilir. BFB-nin premium bazar seqmentinə dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən emitentlərin qiymətli kağızları daxil edilir.
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbəri Qəribov Tahir qeyd edib ki, istiqrazlardan daxil olan vəsaitlər bank tərəfindən real sektorun maliyyələşdirilməsi ilə yanaşı, müştərilərə mütərəqqi və rəqəmsal xidmətlərin göstərilməsinin daha da genişləndirilməsinə istiqamətləndiriləcək.
Premium bazar seqmenti birjanın ali listinq dərəcəsi olmaqla, şirkətin dayanıqlı maliyyə, mütərəqqi korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir. “Unibank” artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan korporativ sektordan ilk yerli emitentdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…