19 baxış
Bu yazını paylaşın
Dünya

UNESCO-nun xoşməramlı səfiri: “Bakı ilə İrəvan arasında danışıqların bərpası ümid yaradır”

07 İyun 2023

“Qarabağa aktiv mədəni həyatı qaytarmaq lazımdır”.

Bunu açıqlamasında Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən UNESCO-nun Mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser deyib.

“İnanırıq ki, Qarabağ bölgəsi bundan sonra da inkişaf edəcək. Hesab edirəm ki, mədəni həyat Qarabağa qaytarılmalıdır. Çünki bildiyimiz kimi, Şuşa bir çox görkəmli şairlərin, müğənnilərin, musiqiçilərin mədəniyyət paytaxtı, doğma şəhəri olub”, – o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan sülh danışıqları ümid yaradır: “Azərbaycan uzun müddətdir ki, sülhdən danışır. İndi Ermənistan bunun onlar və bütövlükdə region üçün nə qədər vacib olduğunu başa düşür. Bütün Qafqaz regionunun çiçəklənməsi üçün bu danışıqlar təşviq edilməlidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…