35 baxış
Bu yazını paylaşın
Dünya

UNECE-nin icraçı katibi: “COVID-19 pandemiyası bütün ölkələrə təsir edib”

02 Mart 2023

“COVID-19 pandemiyası dünyanın hər bir ölkəsinə təsir edib. Onlar sərhədlərin bağlanması, işsizlik və sair kimi problemlərlə üzləşib”.

TELEJURNAL xəbər verir ki, bu fikirləri BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Pandemiya bizə dəyişikliyin vacibliyini göstərib və onlardan biri də rəqəmsallaşmadır. Texnoloji inklüzivlik ölkələrin dayanıqlı inkişafına səbəb olur”, – o bildirib.

İcraçı katib qeyd edib ki, “yaşıl” bərpa məsələsində UNECE-nin standartları tətbiq olunur: “Komissiya həmçinin “ağıllı şəhərlər”in inkişafına və enerji səmərəliliyinə diqqət yetirir”.

O.Algayerova vurğulayıb ki, dayanıqlı bərpa resursların səfərbər edilməsini tələb edir və bu da yalnız səylərin birləşdirilməsi yolu ilə əldə oluna bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…