19 baxış
Bu yazını paylaşın
Siyasi

UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir

12 Aprel 2022

“UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov bildirib.

“ANAMA böyük təcrübəyə malikdir və biz onu regionda qabaqcıl təcrübə mərkəzinə çevirmək istəyirik. Bu, o deməkdir ki, ANAMA başqa ölkələrlə öz təcrübəsini bölüşəcək. Artıq Türkiyə və Kambocadan olan ekspertlərlə razılığa gəlmişik. Onlar birgə təcrübə mübadiləsi mərkəzinin yaradılmasına razılıqlarını ifadə ediblər”, – o deyib.

Onun sözlərinə görə, təşkilat 1998-ci ildən etibarən ANAMA ilə işləyir və bu əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi planlaşdırılır.

“Bu yaxınlarda minatəmizləmə fəaliyyətinə həsr olunmuş konfrans keçirilib. Konfransda 37-dən çox ölkədən ekspertlər, 150-dən çox iştirakçı qatılıb. Konfransın yekunları əsasən ANAMA üçün minatəmizləmə üzrə yol xəritəsini əks etdirən sənəd qəbul etdik. Bu yol xəritəsində dronların tətbiqi ilə ən son texnologiyalardan istifadə etməklə yeni minatəmizləmə standartları əksini tapacaq. Çünki köhnə üsullardan istifadə çox vaxt aparır”, – S.Hocimatov bildirib.

UNDP nümayəndəsi mina riskləri və təhlükəsinin izah edildiyi tədris prosesinə böyük diqqət ayrıldığını deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…