38 baxış
Bu yazını paylaşın
Siyasi

UNA: Azərbaycan-Türkiyə Rəqəmsal İnformasiya Forumu təsis ediləcək

17 Yanvar 2022

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun videokonfrans formatında ilk iclası barədə AZƏRTAC-ın xəbəri yayımlanıb.

“TELEJURNAL” “AZƏRTAC” – a istinadən xəbər verir ki, Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, iclasda 2021-ci il sentyabrın 14-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022–2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib.

Materialda qeyd olunub ki, iclas zamanı iki ölkə arasında rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili qərara alınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…