192 baxış
Bu yazını paylaşın
Siyasi

Ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib

11 Mart 2022

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan tələb olunan sənədlərin siyahısı genişləndirilib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə Əsasnaməyə 3.2.6-cı yarımbənd əlavə edilib. Yarımbəndə əsasən, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:

Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunacaq.

Qeyd edək ki, əvvəlki Əsasnamədə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunurdu:

3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (1 və 2 nömrəli əlavələr);

3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi

3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə – bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;

3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…