192 baxış
Bu yazını paylaşın
Siyasi

Ümummilli lider Heydər Əliyevin xatirəsi Kiyevdə anılıb

11 Dekabr 2021

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, GUAM-ın Katibliyi, diaspor rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra səfirliyin müşaviri Kamal Xəlilov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. “Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, – deyə Kamal Xəlilov əlavə edib. O, bütün dünya azərbaycanlılarının daim Ulu Öndəri ehtiramla yad etdiyini bildirib.

Anım tədbirində çıxış edən Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, UAR-nın Aparat rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor təşkilatının sədr müavini Elşad İbrahimov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Həqiqətoğlu, soydaşımız Şeyx Şakir Yəhyayev və digər diaspor nümayəndələri anım günü ilə bağlı fikirlərini bölüşərək bildiriblər ki, ümummilli lider Heydər Əliyev dünyanın bir çox ölkələrində olduğu kimi Ukraynada da Azərbaycan diasporunun təməl memarıdır.

Sonra soydaşımız Ağazəlim Bağırov Ulu Öndərin ruhuna Quran ayələri oxuyub.

Daha sonra səfirlik tərəfindən anım günü ilə bağlı Kiyevdə “Ata evi” adlı uşaq tərbiyə mərkəzində kimsəsiz uşaqlar üçün ehsan paylanılıb. Səfirlik əməkdaşları 60 nəfər kimsəsiz uşağın qayğıları ilə maraqlanıblar. Uşaq tərbiyə mərkəzinin rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı səfirliyin kimsəsiz uşaqları xatırlamasını, onlara ehsan tədbiri təşkil etməsini nəcib əməl kimi yüksək qiymətləndirib.

https://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresi_Kiyevde_anilib-1948488

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…