165 baxış
Bu yazını paylaşın
Siyasi

Ümummilli lider Heydər Əliyevin xatirəsi Əbu-Dabidə anılıb

12 Dekabr 2021

Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində anım mərasimi keçirilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Mahir Əliyev mərasimi açaraq Ulu Öndərin şərəfli həyat yolu və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı geniş məlumat verib. Ümummilli Liderin müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi fəaliyyətindən danışan səfir deyib ki, Ulu Öndər böyük dövlət xadimi kimi təkcə bu günün deyil, sabahın qüdrətli Azərbaycanının inkişaf istiqamətlərini müəyyənləşdirib.

Bildirilib ki, Heydər Əliyev ucalığının əsasında Azərbaycan xalqına olan sonsuz və təmənnasız məhəbbəti dayanır. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir.

Tədbir çərçivəsinə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonda mərasimdə ehsan süfrəsi açılıb.

https://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresi_Abu_Dabide_anilib-1949468

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…