17 baxış
Bu yazını paylaşın
Siyasi

Ülviyyə Ağayeva: İrəliyə doğru yeganə yol beynəlxalq hüququn fundamental prinsipləri əsasında regionda sülhün möhkəmləndirilməsidir

05 İyul 2022

Bakı, 5 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat münaqişəyə son qoyub və regionda davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri müəyyən edib. Postmünaqişə və postmüharibə dövründə Azərbaycanın hökumətinin mütləq prioriteti üçtərəfli Bəyanatın imzalanması ilə ortaya çıxan kövrək sülhün davam etdirilməsi və möhkəmləndirilməsidir. Bu məqsədlə münaqişədən sonra effektiv reabilitasiya, yenidənqurma və yenidən inteqrasiya fəaliyyətlərinin həyata keçirilməsi vacibdir.

bu fikirlər Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva qurumun İngiltərənin Birminhem şəhərində keçirilən 29-cu illik sessiyasındakı çıxışında yer alıb.

Deputat məruzəsində diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin onilliklər boyu Ermənistan tərəfindən kütləvi dağıntılarla müşayiət olunan işğalının nəticələrinin, o cümlədən humanitar nəticələrin aradan qaldırılmasına yönəlmiş əməli addımlar artıq Azərbaycan hökuməti tərəfindən həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işləri aparılır. Bütün bu işlər Azərbaycanın öz maliyyə imkanları hesabına aparılır. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard dollar vəsait ayrılıb. Bu ilin dövlət büdcəsində də demək olar ki, eyni məbləğ nəzərdə tutulub.

“Azərbaycan hökuməti məcburi köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz şəkildə qaytarılmasına başlamaq, o cümlədən işğal illərində dağıdılmış şəhərlərin bərpasına kömək etmək üçün sərmayə qoyuluşu planlarını işə salıb. Təəssüf ki, minaların yüksək miqyasda çirklənməsi məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına mane olur. Biz məcburi köçkünlərin qayıtmasını və Qarabağ üçün yeni fəslin başlanmasını səbirsizliklə gözləyirik. Zəngilan rayonunun Ağalı kəndi tezliklə məcburi köçkün ailələrini qəbul edəcək.

Münaqişədən sonrakı yenidənqurma prosesinin başqa bir yolu işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına yönəlib. Tarixi-mədəni xüsusiyyətlər dəyişdirilmiş, Azərbaycan mədəni-tarixi köklərinin əlamətləri aradan qaldırılıb. Məsələn, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Azərbaycan onilliklər ərzində beynəlxalq ictimaiyyətə, o cümlədən UNESCO-ya işğal olunmuş ərazilərə səfər etmək və mədəni irsə məruz qalmış görünməmiş dağıntılar, vandalizm və talanların miqyasını qiymətləndirmək üçün müraciət etsə də, nəticəsiz qalıb. Bununla belə, UNESCO-nun texniki missiyasının regiona göndərilməsi konkret olaraq iştirakçı dövlət tərəfindən öz siyasi maraqlarına görə əngəllənir”, – deyə Ü.Ağayeva ATƏT PA-nın 29-cu illik sessiyasındakı çıxışında bildirib.

Deputat qeyd edib ki, keçmiş münaqişədən yaranan digər humanitar problem isə taleyi məlum olmayan 4000-ə yaxın azərbaycanlının harada olması məsələsidir. Münaqişədən sonrakı vəziyyətlərə xüsusi diqqət yetirməklə, davamlı sülh quruculuğu və barışığı inkişaf etdirmək üçün yanlış hərəkətlərin aradan qaldırılması və hesabatlılığın yaradılması zərurəti haqqında ətraflı məlumat vermək vacibdir. İrəliyə doğru yeganə yol beynəlxalq hüququn fundamental prinsipləri, həmçinin ATƏT-in prinsip və öhdəlikləri əsasında regionda sülhün möhkəmləndirilməsidir. Hazırkı kritik məqamda biz parlamentarilər olaraq bu prosesi dəstəkləməli, həssas normallaşma prosesinə mane olan və regionda parçalanmaları dərinləşdirən hərəkətlərdən və bəyanatlardan çəkinməliyik.

Ülviyyə Ağayeva deputatı həmkarlarını təqdim olunan qətnamə layihəsini dəstəkləməyə çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…