20 baxış
Bu yazını paylaşın
İctimai

Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “Əbədi sevgi” adlı tədbir keçirilib

09 May 2023

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədi sevgi” adlı tədbir təşkil olunub.

 

“Telejurnal” xəbər verir ki, Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Daha sonra “Prezident Heydər Əliyev” tankeri və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin göyərtələrində xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi “Küçələrə su səpmişəm” xalq mahnısına çəkilmiş videoklip nümayiş edilib.

 

Tədbirdə ASCO-nun təşəbbüsü ilə hazırlanmış “Prezident Heydər Əliyev” tankerinin və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin poçt markaları da təqdim edilib. ASCO-nun sədri Rauf Vəliyev poçt markalarının möhürlənməsi prosedurunu həyata keçirib.

 

R. Vəliyev çıxışında həm Ulu Öndər Heydər Əliyevin, həm də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ASCO-da keçirilən tədbirlərdən danışıb. Bildirib ki, çoxminli ASCO kollektivi hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların Vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.

 

Tədbir çərçivəsində ASCO-nun sifarişi ilə yazılmış “Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti” kitabının təqdimatı da olub.

 

Tədbir xalq artisti Nəzakət Teymurova və onun yaratdığı “Xarı bülbül” muğam qrupunun iştirakı ilə konsert proqramı ilə davam edib. Konsertdə Ulu Öndərin sevdiyi mahnılar oxunub.

 

“Əbədi sevgi” tədbiri çərçivəsində Ümummili Lider Heydər Əliyev və Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunmuş foto-sərgi də təşkil edilib. Qonaqlar sərgini böyük maraqla izləyiblər.

 

Tədbirdə ASCO rəhbərliyi və əməkdaşları ilə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər şəxsləri, millət vəkilləri də iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…