32 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib

08 İyun 2023

Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib.

TELEJURNAL  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik məhrumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olublar.

Sərgidəki 60-a yaxın fotoşəkildə Heydər Əliyevin xalqın ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyinə inam yaradan müdrik rəhbər, sevilən milli lider obrazı təcəssüm tapıb. Fotoşəkillərin hər biri Azərbaycan və ingilis dillərində tanıdıcı mətnlə təqdim edilib.

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edən filmə baxıblar. Filmin nümayişindən sonra məcburi köçkün ziyalılar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Tədbir Azərbaycanın tanınmış muğam ifaçılarının konserti ilə yekunlaşıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…