24 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynanın XİN başçısı: “Türkiyə Qara dəniz ixrac sazişinin uğurunu gücləndirməyə çalışır”.

29 İyul 2022

“Türkiyə hesab edir ki, taxıl sazişinin imzalanması Ukrayna və Rusiyanı dialoqa apara bilər. Bu yolla Ankara Qara dəniz ixrac razılaşmasının uğurunu gücləndirməyə çalışır”.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

“Bu, sadəcə olaraq, Türkiyənin hələ işə salınmamış taxıl dəhlizinin yaradılmasında uğurun üzərində dayanmaq istəyidir, baxmayaraq ki, Ukrayna bunun işləməsi üçün hər şeyi edir. Ona görə də onlar, şübhəsiz ki, danışıqlara çalışırlar”, – nazir vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi danışıqlar prosesini bərpa etmək üçün səmimi istək nümayiş etdirmir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “taxıl dəhlizləri” ilə bağlı razılaşmanın Rusiyanın Ukraynaya qarşı müharibəsini danışıqlar yolu ilə bitirmək şansını artıra biləcəyini qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…