27 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynanın səfiri: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı tərəfdaş rolu oynayır

05 Fevral 2022

Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycan və Gürcüstan regionda çox mühüm olmaqla yanaşı, həm də Avropa ilə Asiya arasında möhkəm etibarlı tərəfdaş rolunu oynayırlar”.
“TELEJURNAL” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov söyləyib.
Diplomat deyib ki, Azərbaycanın müəllifi olduğu və Gürcüstandan keçən böyük enerji və nəqliyyat layihələri təkcə bu iki ölkənin xalqlarının mənafeyimə deyil, Avropanın və əslində, dünyanın maraqlarına xidmət edir.
Bu gün Azərbaycan qazı və neftindən Avropanın neçə-neçə ölkəsi bəhrələnir. Böyük İpək Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əsl nəqliyyat körpüsüdür.
“Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın ən aparıcı ölkələridir. Ukrayna dövləti bu ölkələrlə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır”, – deyə İqor Dolqov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…