75 baxış
Bu yazını paylaşın
İqtisadi

Ukraynanın regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var

19 Yanvar 2022

Ukraynanın mərkəzi regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivinin rəhbərlik etdiyi diaspor nümayəndə heyətinin Kropivnitski və Kremençuk şəhərlərində keçirdiyi görüşlərdə geniş müzakirələr aparılıb. Görüşlərdə vurğulanıb ki, qarşılıqlı ticarəti təşviq etmək məqsədilə konkret addımlar atılmalıdır. İqtisadi əlaqələrdə tempin artması diasporun prioritet fəaliyyəti olacaq.
Kropivnitski şəhərində keçirilən görüşdə Oleq Krapivin bildirib ki, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın Ukrayna üzrə diaspor fəaliyyəti artıq lobbiçilik prinsiplərinə və iqtisadi əlaqələrin genişlənməsinə əsaslanacaq. Kropivnitski əkinçilik, taxılçılıq və kənd təsərrüfatı texnikasının istehsalı ilə tanınan bölgədir. Vilayətin ixrac potensialı kimi, meyvə-tərəvəz məhsullarının idxalına da tələbatı yüksəkdir.
Bu şəhərdən olan iş adamı İqor Kozub qeyd edib ki, ilk növbədə, Azərbaycan bazarının bugünkü tələbləri öyrəniləcək. “Bizdən un məmulatları, kartof və bal ixrac olunur. Digər tərəfdən, taxılın beynəlxalq bazardakı qiyməti Ukraynanın ixrac siyasətinə birbaşa təsir edir. Mütəxəssislər çeşidlər üzrə tələbat həcmini dəqiqləşdirməlidirlər. Burada Azərbaycan məhsullarına tələb yüksəkdir”, – deyə İqor Kozub əlavə edib.
Kremençuk şəhərində keçirilən görüşdə isə vurğulanıb ki, Azərbaycanın bu şəhərlə ənənəvi əlaqələri var. Buradan ölkəmizə ərzaq məhsulları, metallurgiya nümunələri, yük maşınlarının, kran və liftlərin ehtiyat hissələri, ağac emalı məhsulları idxal edilir. Azərbaycandan isə neft emalı və kənd təsərrüfatı məhsulları alınır. İmkanlar genişdir, şaxəlidir və bunları daha da artırmaq lazımdır. Bu məqsədlə imzalanmış yeni əməkdaşlıq sazişi də var.
Qeyd edək ki, səfər çərçivəsində Ukrayna Azərbaycanlıları Radasının Kropivnitski və Kremençuk şəhərlərində ofisləri açılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…