17 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdır.

21 İyul 2022

Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bunu Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə Prezident Ofisi rəhbərinin müşaviri Timofiy Milovanov deyib.

Onun sözlərinə görə, makro iqtisadiyyatı dəstəkləmək üçün ildə 20-30 milyard dollar, ordunu dəstəkləmək üçün bir o qədər vəsait lazımdır.

“Luqanoda keçirilən konfransda Ukrayna bəyan etdi ki, ölkənin bərpası üçün 750 milyard dollar lazımdır. Əgər biz belə sərmayələr alsaydıq, o zaman Ukrayna həqiqətən də iqtisadi cəhətdən inkişaf etmiş ölkə olardı”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilib. Tədbirin yekunu olaraq müvafiq plan təsdiq edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…