16 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynanın Kremençuk şəhərində raket zərbəsindən həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı yoxdur

28 İyun 2022

Kiyev, 27 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.

Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov açıqlamasında bildirib ki, əldə edilən ilkin məlumata görə, Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.

“Xilasetmə tədbirləri davam edir, Kremençuk şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençukda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, – deyə Füzuli Qənbərov əlavə edib.

Qeyd edək ki, Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…