50 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynalı nazirin ölümü ilə bağlı beş nəfərə qarşı ittiham irəli sürülüb

03 Avqust 2023

Ukraynanın sabiq daxili işlər naziri Denis Monastırskinin ölümündə təqsirli bilinən Fövqəladə Hallar Dövlət Xidmətinin beş əməkdaşı səhlənkarlıqda ittiham olunublar.

TELEJURNAL   “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqatlar Bürosunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Təhqiqat Bürosu “qara qutu”nun deşifrəsindən sonra bu qənaətə gəlib.

Kiyev vilayətinin Brovarı şəhərində 2023-cü il yanvarın 18-də baş vermiş helikopter qəzası Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurlarının ölümü ilə nəticələnib. Qəzaya səbəb çətin hava şəraitində pilotun səhv manevrləri olub.

Qeyd edək ki, helikopter qəzası Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçin ölümü ilə nəticələnib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…