20 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynalı ekspert: “Dünyada böyüməkdə olan ərzaq böhranı Rusyanın Qara dənizi blokadaya almasının nəticəsidir”.

26 İyul 2022

Hazırda dünyada böyüməkdə olan ərzaq böhranı Rusyanın Qara dənizdə törətdiklərinin, dənizi blokadaya almasının nəticəsidir.

Bunu TELEJURNAL. az Report-a istinadən xəbə verir ki,  Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı ekspert Aleksandr Kovalenko bildirib.

Rusiyanın Odessa limanına zərbələr endirməsi ilə bağlı ekspert bildirib ki, bununla Rusiya imzaladığı sazişin müddəalarını pozmuş oldu:

“Bu, bir daha sübut edir ki, Rusiya tərəfinin hər hansı sazişin, müqavilənin altında atdığı imzanın heç bir dəyəri yoxdur. Vəziyyət isə gərgin olaraq qalır. Bu, Rusiyanın mövcud vəziyyəti həll etməyə çalışmadığını göstərir”.

A.Kovalenko vurğulayıb ki, Ukraynadan taxıl ixracı həyata keçiriləcək:

“Bu hücum çox şeydən xəbər verir, amma o, hansısa ölkələrin rifahının deyil, insanların həyatının asılı olduğu bir prosesin qarşısını tam almaq iqtidarında deyil. Məsələn, Mərkəzi Afrika ölkələrində ilin sonunadək aclığın, Aİ ölkələrinə kütləvi və qanunsuz miqrasiyanın olub-olmayacağı konkret olaraq Ukrayna taxılından asılıdır. Aclıq, iqtisadi çöküş səbəbindən Afrika ölkələrində sabitliyin pozulub-pozulmayacağı, radikalizm və terrorizmin baş qaldırıb-qaldırmayacağı da məhz Ukrayna taxılının ixracından asılıdır. İstisna etmirəm ki, İŞİD kimi terror təşkilatı Afrika ölkələrində mövcud olan sosial inamsızlıqdan özünə yeni əməliyyat meydanı yaratmaq, baş qaldırmaq və gələcək terror fəaliyyətini genişləndirmək üçün istifadə edə bilər. Biz bu problemin nə dərəcədə qlobal olduğunu başa düşürük. Buna görə də hesab edirəm ki, bu sazişlərdə əks olunmuş müsbət müddəaları heç kim ləğv etmək istəməyəcək”.

Ekspert eyni zamanda bildirib ki, Rusiya tərəfi bu müddəaların yerinə yetirilməsinə hər vəchlə mane olmağa çalışacaq, yəni Ukraynanın taxıl daşınan limanlarına zərbələr endirməkdə davam edəcək: “Çünki bu, onun maraqlarına cavab verir. Rusiya ərzaq böhranı yaratmaq və onu dərinləşdirməklə beynəlxalq ictimaiyyəti təzyiq altında saxlamaq və şantaj etmək istəyir. Bu səbəbdən, məncə, Rusiyanın davamlı təzyiqlərinə baxmayaraq, bu sazişlərin problemli müddəaları yerinə yetiriləcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…