27 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynalı deputat Kaxovka faciəsi ilə bağlı digər ölkələrdə daimi komissiyaların yaradılmasını təklif edib

20 İyun 2023

“Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka su elektrik stansiyasındakı (SES) faciə öz miqyası ilə insanı şoka salır. Əlbəttə ki, bu təbii fəlakət bütün regiona təsir göstərir. Belə ki, çoxlu sayda evlər dağılıb, kənd təsərrüfatı əraziləri məhv olub”.

“Telejurnal”ın məlumatına əsasən, bunu açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Yuriy Kamelçuk bildirib.

 

“Güman ki, bu, müxtəlif infeksiyaların yayılmasına səbəb olur. Odur ki, bu məqsədlə beynəlxalq təşkilatlar daha sürətli şəkildə Ukraynaya humanitar yardım göstərə bilərdi. Bu məsələ təkcə Ukraynaya aid deyil. Söhbət insanların təhlükəsiz ərazilərə köçürülməsindən, sağ qalan heyvanların xilas edilməsindən gedir. İndi əsas məsələlərdən biri fəsadların aradan qaldırılmasıdır. Könüllülər bu məsələdə vacib rol oynayıblar. Buraya həm ukraynalı, həm də xarici könüllülər daxildir”.

 

Onun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı reaksiyası çox zəifdir:

 

“Bu regiona könüllülərin, xeyriyyə fondlarının yardımı daha tez, daha çox tədarük olunur. Bəs bu mənada müxtəlif ölkələr necə fəaliyyət göstərə bilər? Fikrimcə, onlar sərəncamlarında müxtəlif fondların olacağı, qərarların sürətli şəkildə veriləcəyi daimi komissiyalar yaratmalıdır. Əks təqdirdə, hər hansı problemin həlli müxtəlif bürokratik əngəllər üzündən uzanır. Azərbaycan, Türkiyə daxil olmaqla, Ukrayna ilə dostluq münasibətləri olan ölkələr Ukraynaya çətin məqamda hər zaman yardım göstərir. Azərbaycan başda olmaqla onlara minnətdarıq”, – deyə, deputat əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…