286 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynalı deputat: Azərbaycan və Ukrayna arasında münasibətlər zamanın sınağından keçib

05 Fevral 2022

Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər hər iki dövlət müstəqillik əldə etdikdən sonra qurulub. Bu günə qədər bu münasibətlər zamanın sınağından keçib və burada qarşılıqlı yardım prinsipi əsas götürülür.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı, siyasi analitik Nelli Yakovleva iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi barədə danışarkən söyləyib.
Deputat bildirib ki, ölkələr arasında iqtisadi, hərbi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq kompleks xarakter daşıyır. Eyni zamanda, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün böyük potensial mövcuddur.
Nelli Yakovleva bildirib ki, ölkələrimiz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində biri-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərilir.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər müstəqilliklərinin bərpasından qısa müddət sonra – 1992-ci il fevralın 6-da qurulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…