27 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynadan xəbərdarlıq: “Rusiya müharibənin öz ərazisində də davam etməsinə hazır olmalıdır”

31 İyul 2023

“Rusiya ərazisinə hücumlara görə Prezident Vladimir Putin məsuliyyət daşıyır”.

TELEJURNAL  UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O, müharibəni məhz Rusiyanın başlatdığını və buna görə də məsuliyyəti Rusiyanın daşıdığını söyləyib.

A.Yusov bildirib ki, Rusiya müharibənin öz ərazisində də davam etməsinə hazır olmalıdır: “Əlbəttə, Rusiya üçün təhlükə var və müəyyən hadisələr baş verə bilər. Moskvaya hücumların əsas günahkarı da məhz Putin rejimidir”.

Müdafiə Nazirliyinin nümayəndəsi “müəyyən hadisələr” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, son zamanlar Moskvaya PUA hücumları artıb. Sonuncu belə hücum iyulun 28-də olub.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə bu hücumları Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğunun göstəricisi kimi dəyərləndirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…