311 baxış
Bu yazını paylaşın
Müsahibə

“Ukraynadan sonra hədəf Azərbaycan ola bilər”-Oqtay Qasımov

29 İyun 2023

Bildiyimiz kimi son dövrlərdə Rusiyada vəziyyət xeyli gərgindir. Rusiya-Ukrayna müharibəsinin bitməsi ümid edilərkən Vətəndaş müharibəsinin başlanması şəraiti daha da gərginləşdirdi. Bu hadisələrın Azərbaycana təsirləri haqda Politoloq Oqtay Qasımov TELEJURNAL’a açıqlama verib.

Oqtay bəy Rusiyada Vaqner qruplaşmasının qiyamı haqda bildirib:

“Rusiya Azərbaycanın qonşusudur,böyük bir dövlətdir və orda 2 milyondan artıq soydaşımız yaşayır,bunun üçün də bu ölkədə baş verən hadisələrin Azərbaycana müəyyən təsirləri olur. O baxımdan Azərbaycan hər zaman Rusiya ilə normal qonşuluq münasibətləri saxlamaqda maraqlıdır,eləcə də Rusiyada gedən bütün proseslərin siyasi yolla,qanun yolu ilə,gərginlik olmadan baş tutmasının tərəfdarıdır. Son dövrlərdə baş verən Vaqner qruplaşmasının qiyama qalxması,əlbəttə ki bu olduqca ciddi bir hadisə idi,çünki dünyada qlobal güc mərkəzi olmaqda iddialı olan və bunun üçün Ukraynada savaşa girən Rusiya ordusu və Rusiya dövləti ciddi bir sınaqla qarşı-qarşıya qaldı. Və bu hadisələr göstərdi ki,Rusiya heç də göründüyü qədər güclü dövlət deyilmiş,onun oturuşmuş sabit dövlət mexanizmləri çox da işlək vəziyyətdə deyil,hansısa bir hərbiləşdirilmiş şirkət qiyama qalxa bilərmiş,o şirkət ki,Rusiya prezidentinin xeyir-duasi və təlimatı ilə yaranmış,Rusiyanın bir çox qaranlıq işlərini,onun anbisiyalı siyasətini dünyanın müxtəlif yerlərində həyata keçirmək üçün istifadə olunurdu,o cümlədən terror və cinayət əməlləri ilə də məşğul olan bir qruplaşma kimi də tanınır. Heç təsadüfü deyil ki,bu qruplaşma dünyanın bəzi ölkələri tərəfindən terrorçu bir təşkilat kimi qəbul olunub. Bu qruplaşmanın ayağa qalxması bir gün ərzində Rusiyanın iki böyük şəhərini-Rostov və Voronej şəhərlərini əngəlsiz nəzarətə götürməsi onu göstərdi ki, Rusiya dövlətinin təhlükəsizlik və hərbi strukturları heç də düşünüldüyü və deyildiyi qədər möhkəm deyilmiş.”

Bir ildən çoxdur ki,davam edən Rusiya-Ukrayna müharibəsinin Aəzrbaycana təsiri haqda Oqtay bəy,bilidirb“Əlbəttə ki,Azərbaycan normal Rusiya ilə qonşuluq etmək istəyərdi,o Rusiya ilə ki,öz qonşularına qarşı hər hansı ərazı iddiası və aqressiv davranışlar sərgiləməsin. Təssüf ki,Rusiya dövləti Sovetlər birliyi dağıldıqdan sonra digər qonşu ölkələrə özünün işğalçı mahiyyətini ortaya qoyub.Bunun son dövrlər üçün ən bariz nümunəsi də Ukraynada il yarımdır davam edən müharibədir. Ki Ukrayna böyüklükdə bir dövlətin ərazisini işğal edib orda özünə marionet bir rejim qurmaq və ümumiyyətlə Ukrayna dövlətçiliyini məhv etmək kimi bir məqsədi qarşısına qoyub. Qeyd etdiyim kimi bizim orada 2 milyondan artıqı soydaşımız olduğundan bütün bunların baş verməməsini,gərginliyin olmamasını istəyərdik.Rusiya Ukrayna da qələbə qazana bilsə idi bir çox dövlətlər üçün,o cümlədən Azərbaycan üçün də ciddi təhdit təşkil edə bilərdi və mən hesab edirəm ki Rusiya Ukraynada istədiyi planları həyata keçirə bilsə idi onun Ukranyadan sonra ilk hədəfində olacaq ölkələrdən biri də,bəlkə də,Azərbaycan olacaqdı,çünki Azərbaycan Ukrayna ilə birlikdə qərb hərbi strukturları ilə ciddi əlaqəsi olan və öz təhlükəsizlik konsepsiyasını qərb standartları ilə qurmağa çalışan,bu istiqamətdə ciddi addımlar atan bir ölkədir. Bu da Rusiya tərəfindən heç də bəyənilmir,hətta bundan narahatlığını ciddi şəkildə biruzə verir.”

 

Oqtay bəy qeyd edib ki, eyni zamanda bu qarışıqlıq nəticəsində hansısa terrorçu qruplaşmalar ya da nəzarəti olmayan qruplar tərəfindən nüvə silahları da ələ keçirilə,bu da həm regional,həm də qlobal təhlükə mənbəyi olaraq qala bilərdi.

FATİMƏ ZEYNALOVA.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…