219 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynadan Almaniyaya keçən Azərbaycan vətəndaşları qaçqın kamplarına yerləşdiriliblər

12 Mart 2022

“Ukraynada müharibədən qaçanlar arasında vətəndaşlıq mənsubiyyətinə görə Azərbaycan vətəndaşları da var”.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildiriblər.

Qeyd edilib ki, müharibə bölgəsini tərk edənlər təkcə Ukrayna vətəndaşları deyillər. Təyyarə reysləri təxirə salındığından Ukrayandan quru yolla Polşa, oradan da Almaniyaya keçənlər arasında digər ölkə vətəndaşları da var. Onların vətəndaşlıq mənsubiyyəti müəyyən olduqdan sonra ölkələrinə təhlükəsiz şəkildə qayıtmaları təmin ediləcək. Hazırda bu istiqamətdə Almaniyada olan xarici ölkə səfirlikləri ilə iş aparılır. Almaniyaya sığınanların çoxu qaçqın kamplarına yerləşdiriliblər. Bəziləri isə, alman ailələr və ya bu ölkədəki yaxınları tərəfindən qəbul ediliblər.

Bildirilib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar da Almaniyada 90 gün qanuni qalma hüququna sahibdirlər: “Bir neçə gün öncə isə Almaniyadakı siyasi partiyaların funksionerləri Avropa İttifaqı ölkələrinə sığınan Ukrayna vətəndaşlarına humanitar əsaslarla birillik yaşamaq icazəsinin veriləcəyi ilə bağlı fikirlər səsləndiriblər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…