50 baxış
Bu yazını paylaşın
Dünya

Ukraynadakı amerikalı hərbçi: Rusları zəif hesab etməyin

11 Mart 2023

 

Ukraynada fəaliyyət göstərən Qərb siyasətçiləri, son bir ildə çox şey öyrənmiş və kifayət qədər təcrübə toplamış Rusiya silahlı qüvvələrini zəif qiymətləndirməməyi tövsiyə edib.

TELEJURNAL  xəbər verir ki, bu fikri ukraynalı sərhədçilərə təlim keçirən amerikalı təlimatçı cümə günü dərc olunan “Newsweek” jurnalına müsahibəsində bildirib.

Təlimatçı özü barədə, yalnız adını verdi Erik olduğunu deyib. Jurnalın məlumatına görə, o, hazırda təqaüdə çıxsa da, ABŞ ordusunda 26 il xidmət edib. Erik 12 aya yaxındır Ukraynada işləyir və hərbçiləri hərbi əməliyyatlara hazırlayır. İndi o, Ukrayna sərhədçilərini öyrədən 20 nəfərlik təlimatçı (Newsweek onların hamısının əcnəbi olub-olmadığı barədə məlumat verməyib) qrupunu əlaqələndirir.

“Siz heç vaxt rusları silib keçə bilməzsiniz. Onları heçə saymaq olmaz. Mən onlarla 1989-cu ildən məşğul oluram. Onlar davamlı və dözümlüdürlər. Ruslar istər xalq, istərsə də, həbi kontinget olaraq müharibə vaxtı bütün məhrumiyyətlərə dözməyi bacarırlar. Bu onların ən böyük üstünlüyü kimi genetik yaddaşındadır. Onları nəzərə almadan keçərsinizsə, sizi təəccübləndirəcək qədər dirəniş göstərəcəklər. Əminəm ki, rusları hələ çox sürprizlər gözləyir. Lakin onlar müasir hərb yniliklərindən geri qalırlar”, – deyə o bildirib.

“İndi onlar bu barədə düşünür və öyrənirlər. Və bu, artıq onların döyüş əməliyyatlarında da özünü göstərir”, – deyə Erik davam edib.

“Onlar daim müdafiədə zəif nöqtələr axtarır və əvvəlki aylara baxanda daha professional hücumlar təşkil edirlər. Bir il ərzində çox şey öyrəndilər və praktik olaraq tətbiq edirlər ki, bu da onları irəli aparır”, – deyə təlimatçı əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…