266 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynada vətəndaşlarımızın təxliyəsi və təminatı üçün diaspor təşkilatları aktiv fəaliyyət göstərir

13 Mart 2022

Ukraynada müharibə dönəmində vətəndaşlarımızın təxliyəsi və təminatı üçün diaspor təşkilatları tərəfindən bütün ölkə üzrə aktiv işlər həyata keçirilir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə  Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, bu günə qədər Kiyevdən iki kollektiv təxliyə həyata keçirilib. Qatarla 1100 nəfər Moldova sərhədinə, 55 nəfər isə avtobusla İstanbula təxliyə olunub. Radaya daxil olan diaspor təşkilatlarımız da Ukraynanın müxtəlif şəhərlərində təxliyə işlərini həyata keçiriblər. Ancaq öz xətti ilə təxliyə olunan soydaşlarımız da çoxdur.
“Təbii ki, təxliyə və digər məsələlərlə bağlı səfirliyimizlə, Xarkovdakı fəxri konsulluğumuzla da əlaqə saxlayırıq, yerlərdəki təşkilatların işləri, vəziyyətlə bağlı məlumatları ona çatdırıram. Bütün bu işlərdə Azərbaycan dövlətinin, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini hər zaman hiss edirik”, – deyə UAR-nın baş katibi əlavə edib.
C.Məmmədov qeyd edib ki, bundan başqa bütün bölgələr üzrə diaspor təşkilatlarımız gündəlik 200-300 nəfərə pulsuz yemək, ərzaq məhsulları, geyimlər paylayır. Bu aksiya davamlı olaraq həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…