18 baxış
Bu yazını paylaşın
İctimai

Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşib

11 Sentyabr 2022

Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə M.Qasımlının vəkili Aygül Rəfiyeva məlunat verib.

O bildirib ki, hər iki şəxsin səhhəti Kiyevdə saxlanıldıqları istintaq təcridxanasında gün ərzində pisləşib və onlara təcili tibbi yardım çağırılıb: “Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb”.

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…