23 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynada nazir istefa verib

21 İyul 2023

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko istefa ərizəsini ötən gecə, iyulun 20-də ölkənin Baş naziri Denis Şmıqala təqdim edib.

TELEJURNAL   xəbər verir ki, bu barədə nazir teleqramda yazıb.

“Müharibə zamanı mədəniyyətin əhəmiyyəti ilə bağlı anlaşılmazlıq dalğasına görə istefamı bu gecə Baş nazirə təqdim etdim. Yalnız sonradan prezidentin eyni məsələ ilə bağlı açıqlaması məni təəccübləndirib”, – Tkaçenko bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqala mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun dəyişdirilməsi məsələsinə baxmağı tapşırıb.

Bu qərardan əvvəl Mədəniyyət Nazirliyinin Rusiya bazarında işləyən şirkətlərdən rusdilli məhsulun yaradılması üçün milyonlarla qrivna ayırması ilə bağlı qalmaqal yaranmışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…