90 baxış
Bu yazını paylaşın
Siyasi

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb

15 Mart 2022

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.

Onun sözlərinə görə, həlak olan vətəndaşların cəsədləri bu gün “Azərbaycan Hava Yolları”nın İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…