97 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna yeni strategiyasında Azərbaycanı strateji tərəfdaş kimi göstərib

22 Sentyabr 2020

“Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.”

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi zamanı bildirib. Telefon söhbəti Sentyabrın 22-də baş tutub.

Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Dövlət başçıları suverenlik və ərazi bütövlüyü məsələlərində iki ölkənin qarşılıqlı olaraq bir-birini dəstəklədiyini qeyd ediblər.

Telefon söhbəti zamanı, eləcə də, enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib. bundan əlavə olaraq, dövlət başçıları pandemiya ilə mübarizə sahəsində hər iki ölkədə həyata keçirilən işlərdən danışıblar.

Sonda Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…