22 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna XİN rəhbəri: “Taxıl sazişinin pozulması Rusiyanın strategiyasının dəyişmədiyini göstərir”

18 İyul 2023

“BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın “Taxıl sazişi”dən çıxması və işğalçı ölkənin strategiyası müzakirə olunub”.

Telejurnal  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsində yazıb.

“Krımı ilhaq etmək cəhdi, MH17-nin vurulması, genişmiqyaslı müharibə, Buçada kütləvi vəhşiliklər, istərsə də “Taxıl sazisi”nin pozulması – Rusiyanın strategiyası dəyişmir. Bu strategiya öldür, yalan danış və inkar etməkdən ibarətdir”, – o yazıb.

BMT Təhlükəsizlik Şurasının iclasında XİN rəhbəri vurğulayıb ki, “Ukraynaya əks strategiya lazımdır. Bu strategiya isə güc, həqiqət və cavabdehlilikdir”.

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

İki ölkə arasında hərbi əməliyyatlar 2022-ci ilin fevralından başlayıb. Rusiya Ukraynanın bir sıra ərazilərini işğal edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…