32 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna və Moldova KİV-ləri IX Qlobal Bakı Forumuna geniş yer ayırıb

17 İyun 2022

Kiyev, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Ukrayna və Moldovanın aparıcı KİV-ləri IX Qlobal Bakı Forumuna geniş yer ayırıb.

Moldovanın “Point.md”, Ukraynanın “RBK-Ukrayna”, “5.ua, “Pryamiy” və digər xəbər portallarında IX Qlobal Bakı Forumunun açılış mərasimi haqqında məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun çıxışlarına geniş yer verilib.

Prezident İlham Əliyevin sitatına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”, – deyə dövlətimizin başçısının çıxışı vurğulanıb.

Digər məqalələrdə isə Petro Poroşenkonun Rusiyanın Ukraynada apardığı müharibə, Ukraynanın Avropa İttifaqına inteqrasiyası barədə fikirlər də yer alıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…