23.10.2024 19:26:27
17 baxış
Bu yazını paylaşın
Siyasi

Ukrayna və Moldova KİV-i Robert Koçaryanın və Serj Sarqsyanın beynəlxalq axtarışa verilməsi barədə məqalələr dərc edib

22 Fevral 2022

Ukrayna və Moldova KİV-i Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarqsyanın Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək beynəlxalq axtarışa verilməsi barədə məqalələr dərc edib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri və “Noi.md” xəbər portalında dərc olunan məqalələrdə Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevin açıqlaması yer alıb.
Məqalələrdə Emil Tağıyevə istinadla qeyd olunur ki, Robert Koçaryan və Serj Sarqsyan 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər: “Onlar Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ etdiklərinə, özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 1991-ci il sentyabrın 2-də keçmiş Şaumyan rayonu da birləşdirilməklə, “Dağlıq Qarabağ Respublikası”nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top